Saç tökülməsinin səbəbləri və çarəsi

Saç tökülməsinin səbəbləri və çarəsiSaç tökülməsi başlayıbsa, əvvəlcə bunun səbəblərini araşdırın. Saçlarınız niyə tökülür?
Saç tökülməsinin mümkün səbəbləri:
Stress (əsəbilik)
Vitaminsizlik
Hamiləlik və südvermə dövrü
Hormonal pozulma.

Əgər sizdə əsəb pozulması varsa, 1 ay müddətində gündə 3 dəfə yeməkdən əvvəl əsəb sakitləşdirici çay (sedativ çay) içməyiniz məsləhətdir.
Vitamin və mineral çatışmazlığını aradan qaldırmaq üçün mövsümi meyvələr və göyərtilər yemək önəmlidir. Əgər sizdə qurd xəstəliyi varsa, nə qədər meyvə yeyilsə də, xeyri olmayacaq. Mütləq qurdlardan yaxa qurtarmaq lazımdır. Bunun üçün 10 gün müddətində gündə 3 dəfə Teazol çayı içməyiniz məsləhətdir. 1 aydan sonra müalicəni təkrar etməlisiniz.
Hamiləlik dövründə saçlar
Hamiləlik və laktasiya dövrlərində lazımi dərəcədə meyvə, tərəvəz, göyərti yeyilsə, əsəblərinizi qorusanız saç tökülməsi olmayacaqdır.
Hormonal pozulma zamanı qanda reduktaza fermentinin miqdarı artır, bu da qanda dihidrotestesteronun miqdarını artırır, sonuncu saç diblərinin reseptorlarına təsir edir və keçəllik baş verir. Bu zaman fermentləri blokadaya almaq lazım gəlir, bunun üçün cırtdan palma meyvəsinin ekstraktından istifadə olunur. Bu zaman kişilərdə həm də prostat problemləri baş qaldırır. Nat-prostat kapsulundan istifadə həm prostat vəzin xoşxassəli böyüməsində, həm də saç tökülməsində faydalıdır. Kapsul gündə 3 dəfə yeməkdən əvvəl 1-2 kapsul qəbul olunmalıdır. Müalicə ən azı 3 ay aparılır.
Bütün bunlardan əlavə saçlara normal qulluq olunmalı, saç diblərini dərinləşdirən vasitələr həmişə istifadə edilməlidir. Əgər saçlarınızın canlı, sağlam olmasını istəyirsinizsə, yuyunmazdan 2-3 saat əvvəl saçlarınızın diblərini qara zirə yağı ilə masaj edin. Yumazdan əvvəl 1 xörək qaşığı bibəriyyə, tapmasanız, lavanda bitkisini 2 stəkan suda dəmləyin, üzərinə 2 xörək qaşığı alma sirkəsi əlavə edin. Yuduqdan sonra bu dəmləmə ilə saçlarınızı yaxalayın, sonra su tökməyin. Saçlarınızın soğanaqları dərinləşəcək, qaşınma və kəpək götürüləcək, saç tökülməsi dayanacaqdır. Bundan başqa həftədə bir dəfə xına qoymaq məsləhətdir. Qadınlar Fitoton şabalıdı və qara xınadan istifadə etsinlər, çünki bu xınaların tərkibində xınadan əlavə basma bitkisi də vardır ki, bu da saç üçün çox əhəmiyyətlidir.
Saç tökülməsinin ən yaxşı müalicə üsullarından biri də başdan 3 yerdən həcəmət olunmaqdır. Bu zaman baş dərisinin qidalanması artır, dərialtı mübadilə yaxşılaşır və saçtökülmə aradan qalxır. Hətta yeni tökülmüş saçlar belə yenidən bərpa olunur.

Tarix: 8 Jan 2022 | Baxılıb: 393

Oxşar xəbərlər

Smart TV nədir?

Smart TV nədir?

Smart TV texnologiyası bu yaxınlarda ənənəvi televiziya anlayışına əhəmiyyətli dərəcədə ölçü əlavə etdi. Televizorun gözləntilərini artıran bu unikal texnologiya ilə televizorunuzda İnternet bağlantısı yaratmaq mümkündür

Lazer epilyasiyası haqda bilmədikləriniz

Lazer epilyasiyası haqda bilmədikləriniz

Lazer epilyasiyası aparat əməliyyatları arasında son zamanlar geniş yayılıb. Şəhərin bütün gözəllik salonlarında lazer epilyası əməliyyatlarının reklamları ilə qarşılaşmaq mümkündür. Bununla yanaşı, gözəllik salonlarını

Yükdaşıma xidməti seçərkən nələrə fikir verməlisiniz?

Yükdaşıma xidməti seçərkən nələrə fikir verməlisiniz?

Düzgün yükdaşıma xidmətinin seçilməsi malları bir yerdən digərinə göndərmək ehtiyacı olan hər bir müəssisə və ya fərdi şəxs üçün vacib qərardır. Çünki daşınacaq əşyaların təhlükəsiz, etibarlı və təhlükəsiz daşınması yükdaşım

Hotel seçərkən bunları bilməlisiniz

Hotel seçərkən bunları bilməlisiniz

İş, səyahət fərq etməz, istənilən səbəbdən yola çıxırıqsa, bizi maraqlandıran ən vacib məsələlərdən biri yerləşmədir. Hotel seçərkən qarşımıza anlamadığımız terminlər, suallar çıxır ki, bu anlayışların nə demək olduğunu ço

Karqo xidmətindən istifadə qaydası

Karqo xidmətindən istifadə qaydası

Son dövrdə insanlarda xaricdən məhsulların alınmasına maraq olduqca artdığından, daşınma ilə məşğul olan şirkətlərin sayı da günbəgün artır. Xaricdən sifariş etmək üçün müəyyən mərhələlərdən keçməliyik. Bunlar aşağıdakılardır:

Rəqəmsal çap reklam işlərinin üstünlükləri nədir?

Rəqəmsal çap reklam işlərinin üstünlükləri nədir?

Ənənəvi çap xidmətlərindən fərqi olaraq, rəqəmsal çap reklam işləri daha sürətli və daha keyfiyyətlidir. Burada yüksək keyfiyyətli lazer printerlərdən istifadə edilir. Rəqəmsal çap reklam işləri ilə litoqrafiya, fleksoqrafiya

Evin təmirini nədən başlamaq lazımdır?

Evin təmirini nədən başlamaq lazımdır?

Evin təmirini ilk öncə onun dizaynından başlamaq lazımdır. Təyin etdiyiniz dizaynın nəzərdə tutduğunuz büdcəni aşmaması üçün kiçik nüansları dəqiq araşdırmalısınız. Əgər mənzil dizaynı haqqında geniş bilgilərə malik deyilsinizsə

Hər fəsildə zövq verən cambalkonlar

Hər fəsildə zövq verən cambalkonlar

Cambalkon dedikdə, ərçivəsiz şüşələnmə nəzərdə tutulur. Balkonları bağlamaq üçün çərçivəsiz şüşələnmə sistemləri əvəzsiz seçimdir. Cambalkon sistemlərində istifadə edilən bütün şüşələr zərbəyə davamlı (temperli) şüşə olub

Pilatesə başlamağınız üçün 10 səbəb

Pilatesə başlamağınız üçün 10 səbəb

Pilates sadəcə formada qalmaq üçün edilən məşq deyil. Eyni zamanda əzələ sisteminin reabilitasiyası olaraq da qəbul edilir. Hamilələrdən tutmuş fiziki cəhətdən problemləri olan insanlara qədər geniş miqyasda edilə bilən məşqlərdir


tezbazar.az kurslar arenda masinlar usta xidmeti yuk dasima xidmeti servis kombi kombi ustasi xirdalan xidməti mebeller masaj toyota prius arenda