Evin təmirini nədən başlamaq lazımdır?

Evin təmirini nədən başlamaq lazımdır?Evin təmirini ilk öncə onun dizaynından başlamaq lazımdır. Təyin etdiyiniz dizaynın nəzərdə tutduğunuz büdcəni aşmaması üçün kiçik nüansları dəqiq araşdırmalısınız. Əgər mənzil dizaynı haqqında geniş bilgilərə malik deyilsinizsə, bunu peşəkarlara həvalə edə bilərsiniz.
Dizaynı başlamaq üçün ilk öncə təmir olunacaq otaq və ya mənzilin hansı funksiyanı daşayacağını, mənzildə kimlərin yaşayacağını müəyyən etmək lazımdır.
Mənzilin tərzi və rəng çalarları da vacib amillərdən biridir. Mənzildə yaşayan insanlar üçün burada vaxtlarını keçirmək komfortlu və xoş olmalıdır. İnteryerdə olan rənglərin çox böyük əhəmiyyəti vardır və bu rənglər insanın psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər. Mənzilin tərzi birbaşa mənzil sahibinin hobbilərindən və yaşayış tərzindən asılıdır. Ev sahibinin hər hansı bir hobbisi və ya marağı varsa, mütləq evində də dekorasiya üçün həmin detallardan istifadə olunmalıdır (maraqlı şəkillər və ya incəsənət əsərləri və s).
Otaqların ölçüləri: Əlbətdə ki, hamımız böyük saraylarda yaşamaq arzusundayıq. Lakin realist olub və əlimizdə mövcud olan imkanlara baxmaq lazımdır. Bizim məqsədimiz - əşyaları mənzilə harmoniya ilə yerləşdirməkdir.
Kiçik mənzillərdə, məsələn, böyük mebeli, çılçıraqları yerləşdirmək çətindir. Bu cür mənzillərin dekoru adətən daha açıq rənglərdə, lokanik, böyük olmayan mebel ilə yerləşdirilir. Və əksinə, böyük sahəli mənzillərdə xırda elementli mebel zövqsüz görünəcəkdir. Bu cür mənzillər üçün qeyri-adi layihələr yaratmaq və həyata keçirmək maraqlı olacaqdır. Bu səylərin nəticəsində gözəl, rahat, səmərəli və illər boyu gözünüzü oxşayan tərz əldə edəcəksiniz.
Dizayn və interyerin proyekti: Bu mərhələdə siz professionalların bilik və bacarağından istifadə etmək və ya öz potensialınıza güvənməli olduğunuza qərar verirsiniz. Birinci halda, seçdiyiniz və ya tanışların məsləhət gördüyü dizayn studiyasına müraciət edirsiniz. Adətən bu studiyalarda müxtəlif tərzlərdə çalışan bir neçə dizayner olur. Bu yanaşmanın bir çox müsbət cəhədləri vardır. Belə ki, bu zaman evinizin layihəsi və tərtibatı professionallar tərəfindən həyata keçiriləcək və bütün xırda detallar nəzərə alınacaqdır. Dizayn studiyalarında dizaynerlər fikrinizi nəzərə alaraq və zövqünə uyğun dizayn hazırlayacaq. Belə xidmətin bir mənfi cəhəti odur ki, bu xidmət ödənişlidir.
Sonra mənzil təmirinin qiyməti (smetası) hazırlanmalıdır, yəni təmirə dəqiq nə qədər pul xərclənəcək: istehlak və üzlük materialları, alətlər, nəqliyyat, ustaların əmək haqqı, zibilin daşınması və digər gözlənilməz xərclər.
Daha sonra dizayna uyğun santexnika, dayaqlarının qoyulması, elektrik xətlərinin, astar, üzlük, suvaq, o cümlədən döşəmənin, tavanın rənglənməsi, santexnika qovşağının kafel, metlax ilə üzlənməsi, divar kağızının vurulması, parketin laklanması işləri gəlir.

Tarix: 8 Jan 2022 | Baxılıb: 292

Oxşar xəbərlər

Hər fəsildə zövq verən cambalkonlar

Hər fəsildə zövq verən cambalkonlar

Cambalkon dedikdə, ərçivəsiz şüşələnmə nəzərdə tutulur. Balkonları bağlamaq üçün çərçivəsiz şüşələnmə sistemləri əvəzsiz seçimdir. Cambalkon sistemlərində istifadə edilən bütün şüşələr zərbəyə davamlı (temperli) şüşə olub

Rəqəmsal çap reklam işlərinin üstünlükləri nədir?

Rəqəmsal çap reklam işlərinin üstünlükləri nədir?

Ənənəvi çap xidmətlərindən fərqi olaraq, rəqəmsal çap reklam işləri daha sürətli və daha keyfiyyətlidir. Burada yüksək keyfiyyətli lazer printerlərdən istifadə edilir. Rəqəmsal çap reklam işləri ilə litoqrafiya, fleksoqrafiya

Santexnika incəlikləri: Çuqun kanalizasiya borularının diametri

Santexnika incəlikləri: Çuqun kanalizasiya borularının diametri

Kanalizasiya qurğusu üçün texnologiyaların inkişafı sayəsində uzun müddətdir polimer borular fəal şəkildə istifadə olunur, lakin buna baxmayaraq əksər kommunikasiyalar hələ də çuqundan hazırlanır. 70 -ci illərdən bəri bütü

Smart TV-də üzləşə biləcəyiniz problemlər

Smart TV-də üzləşə biləcəyiniz problemlər

Smart TV-lərin menyuları fərqli çeşidlər təklif edir və tez-tez yenilənir. Ən yeni tətbiqetmələri və oyunları cib telefonunuzun onlayn mağazasındakı kimi Smart TV menyusunda tapa bilərsiniz. Smart TV-yə baxmaq üçün Smar

İP domofonlarla analoq domofonların müqayisəsi

İP domofonlarla analoq domofonların müqayisəsi

Son zamanlar evlərdə təhlükəsizlik məqsədiylə istifadə olunan cihazların sayı kəskin sürətdə artmaqdadır. Texnologiyanın inkişafı ilə bu cihazların evlərdə, iş yerlərində tətbiqi çox geniş yayılmışdır. Kamera müşahidə sistemləri

Domofon seçmədən öncə nələri bilməlisiniz?

Domofon seçmədən öncə nələri bilməlisiniz?

Hazırda evlərimizə aldığımız hər şeydə axtardığımız ən vacib xüsusiyyət onun kifayət qədər funksional olması və bizim təhlükəsizliyimizi təmin etməsidir. Təhlükəsizlik dedikdə isə ilk öncə domofonlar barədə düşünməli olduğunuz

Saç tökülməsinin səbəbləri və çarəsi

Saç tökülməsinin səbəbləri və çarəsi

Saç tökülməsi başlayıbsa, əvvəlcə bunun səbəblərini araşdırın. Saçlarınız niyə tökülür?. Saç tökülməsinin mümkün səbəbləri:. Stress (əsəbilik). Vitaminsizlik. Hamiləlik və südvermə dövrü. Hormonal pozulma. Əgər sizdə əsə

Hotel seçərkən bunları bilməlisiniz

Hotel seçərkən bunları bilməlisiniz

İş, səyahət fərq etməz, istənilən səbəbdən yola çıxırıqsa, bizi maraqlandıran ən vacib məsələlərdən biri yerləşmədir. Hotel seçərkən qarşımıza anlamadığımız terminlər, suallar çıxır ki, bu anlayışların nə demək olduğunu ço

Plastik pəncərənin xüsusiyyətləri

Plastik pəncərənin xüsusiyyətləri

Yeni pəncərələr üçün profil sistemi növünün seçilməsi yalnız sizin estetik tələblərinizə cavab verməklə yanaşı, həm də məhsulların texniki xüsusiyyətlərinə əsaslanmalıdır. Plastik və alüminium arasında bir çox fərqlər vardı


tezbazar.az kurslar usta xidmeti soyuducu ustasi paltaryuyan ustasi viza desteyi bakida paltaryuyan temiri mebel ustasi paltaryuyan masin temiri mebeller masaj toyota prius arenda