Parketin növləri arasındakı fərqlər

Parketin növləri arasındakı fərqlərKlassikanı sevənlər və konservatorlar üçün ən maraqlı mövzu yer örtüyüdür və bu sözsüz ki, onlar üçün parket deməkdir. Amma parket döşəmək haqda düşünürsünüzsə, bilməli olduğunuz məqamlar var.
Hazırda bazarda 3 parket növü var: əsrlər boyu istifadə olunan ədədli xam parket, parket lövhəsi və massiv parket.
Xam parket ötən əsrin əvvəlindən belə istifadə olunur və artıq bir neçə nəsillərin rəğbətini qazanmış bir yer örtüyüdür. Bu səbəbdən də mənzil alanda və ya satanda ilk olaraq qürurla vurğulanan məqam "Yer parketdir" ifadəsi heç də təsadüf deyil, çünki məhz həmin yer örtüyü qiymətə təsir edən əsas amildir. Amma bu gözəllik də "qurbanlar" tələb edir: xüsusi diqqət, baxım və təmizləmə üsulları, 10 ildən bir yenidən cilalanma və yenidən dolğu və lak vurulma. Cızıqların görsənməməsi üçün də parlaq deyil, məhz mat istifadə olunması tövsiyə olunur. Əsasən fıstıq və ya palıd parketlərdən istifadə olunur, sözsüz ki, palıd ağacı fıstıq ağacı ilə müqayisədə daha möhkəm və etibarlıdır.
Parketlər 6 cür olur: 5, 4, 3, 2, 1 və əla növ. Növlər keyfiyyəti ilə deyil, məhz rəngi və ornamenti ilə fərqlənirlər. Yəni 5-ci növ müxtəlif rəngli bir yer örtüyü, əla növ isə bir tonlu, eyni rəngdə, eyni ornamentdə rəssam tərəfindən ideal çəkilmiş bir rəsm əsəri kimi yer örtüyü deməkdir. Bu yer örtüyünü seçən müştərilər adi təmirə sərf olunan müddətdən 14 gün daha çox vaxt sərf edəcəklər, bu, parketin montajı, cilalanması, dolğunun və lakın quruması ilə əlaqədardır.
Parket lövhəsi parketlə laminatın qarışığıdır, belə ki, üst səthi qiymətli təbii ağac növündən, alt hissəsi isə laminatda olduğu kimi presslənmiş DSP materialından ibarətdir. Laminatda olduğu kimi, kilid sistemi ilə montaj olunur, yüksək keyfiyyətli və uzunömürlü bir yerörtüyüdür.
Massiv parket bütövlükdə təbii ağacdan hazırlanır və xam parketdə olduğu kimi, üst qatı digər yer örtükləri ilə nisbətdə bir qədər zərifdir və bu səbəbdən də massiv parketin xüsusi diqqət, baxım və təmizlənməyə ehtiyacı var.

Tarix: 9 Jan 2022 | Baxılıb: 1396

Oxşar xəbərlər

Santexnika incəlikləri: Çuqun kanalizasiya borularının diametri

Santexnika incəlikləri: Çuqun kanalizasiya borularının diametri

Kanalizasiya qurğusu üçün texnologiyaların inkişafı sayəsində uzun müddətdir polimer borular fəal şəkildə istifadə olunur, lakin buna baxmayaraq əksər kommunikasiyalar hələ də çuqundan hazırlanır. 70 -ci illərdən bəri bütü

Duş kabinalarının növləri və qiymətləri

Duş kabinalarının növləri və qiymətləri

Duş kabinaları vanna otağına dekorativ görünüş verən, həmçinin duş qəbulu zamanı yarana biləcək su sıçramasının qarşısını alan və isti havanı saxlayan aparıcı funksional hamam məhsullarından biridir. Bu gün demək olar ki

Smart TV-də üzləşə biləcəyiniz problemlər

Smart TV-də üzləşə biləcəyiniz problemlər

Smart TV-lərin menyuları fərqli çeşidlər təklif edir və tez-tez yenilənir. Ən yeni tətbiqetmələri və oyunları cib telefonunuzun onlayn mağazasındakı kimi Smart TV menyusunda tapa bilərsiniz. Smart TV-yə baxmaq üçün Smar

Laminat, yoxsa taxta döşəmə?

Laminat, yoxsa taxta döşəmə?

Laminat deyərkən ilk öncə ofislərdəki, üstündə gəzəndə qəribə "səs" edən yer örtüyü ağlımıza gəlir. Amma bu, əslində köhnə stereotipdir. Sözsüz ki, laminatın "səs" etməsi onun düzgün quraşdırılmaması v

Hotel seçərkən bunları bilməlisiniz

Hotel seçərkən bunları bilməlisiniz

İş, səyahət fərq etməz, istənilən səbəbdən yola çıxırıqsa, bizi maraqlandıran ən vacib məsələlərdən biri yerləşmədir. Hotel seçərkən qarşımıza anlamadığımız terminlər, suallar çıxır ki, bu anlayışların nə demək olduğunu ço

"Ağıllı ev" gərəksiz enerji itkisinin qarşısını alır

"Ağıllı ev" gərəksiz enerji itkisinin qarşısını alır

Ağıllı ev sistemləri evinizdə və ya iş yerinizdə təhlükəsizliyi təmin etmənin, rahatlığı yaşamanın və enerji səmərəsindən faydalanmağın ən ağıllı və praktik yoludur. Ağılınıza gələ biləcək bütün cihazlar tək bir platform

Yük daşıma xidməti və qiyməti

Yük daşıma xidməti və qiyməti

Müasir qloballaşan iqtisadiyyatda yükdaşıma xidmətləri istər böyük məsafələrə, istərsə də qısa məsafələrə yüklərin daşınmasında mühüm rol oynayır. Həm müştərilərə məhsulların göndərilməsi, həm də tədarükçülərdən təchiza

Masaj xidmeti qiymeti ve orqanizm üçün faydaları

Masaj xidmeti qiymeti ve orqanizm üçün faydaları

Masaj rahatlaşmaq ehtiyacı duyan və yorğunluğunu atmaq istəyən hər kəsin ağlına gələn ilk alternativdir. Masaj həm də bədən üçün bir neçə dəqiqəlik xoşbəxtlik deməkdir. Ağrıyan kürək, boyun və sıxılmış əzələlər üçün, yəqi

Yükdaşıma xidməti seçərkən nələrə fikir verməlisiniz?

Yükdaşıma xidməti seçərkən nələrə fikir verməlisiniz?

Düzgün yükdaşıma xidmətinin seçilməsi malları bir yerdən digərinə göndərmək ehtiyacı olan hər bir müəssisə və ya fərdi şəxs üçün vacib qərardır. Çünki daşınacaq əşyaların təhlükəsiz, etibarlı və təhlükəsiz daşınması yükdaşım


tezbazar.az kurslar soyuducu ustasi yuk dasima xidmeti paltaryuyan ustasi masaj santexnik xidməti rus dili kurslari ремонт холодильников mebeller arenda masinlar