Laminat, yoxsa taxta döşəmə?

Laminat, yoxsa taxta döşəmə?Laminat deyərkən ilk öncə ofislərdəki, üstündə gəzəndə qəribə "səs" edən yer örtüyü ağlımıza gəlir. Amma bu, əslində köhnə stereotipdir. Sözsüz ki, laminatın "səs" etməsi onun düzgün quraşdırılmaması və keyfiyyətsizliyi haqda bəhs edir. İkinci stereotip laminatın ekoloji cəhətdən təhlükəli olmasıdır ki, bu da bir cəfəngiyatdır. Çünki laminatla bərabər istənilən digər materiallarında keyfiyyətli və keyfiyyətsiz variantlar var. Bəs laminat haqda düşünərkən əsas nəyi bilməliyik?
İlk öncə prioritetləri düzgün qurmalıyıq. Əgər biz tez bir zamanda montaj və demontaj (misal üçün su sızması halında) olunan, cızılmağa və tədricən solmağa davamlı (xüsusən uşaqlı ailələrə), çoxlu rəng və model seçiminə üstünlük veririksə, o zaman laminat ən ideal variantdır.
Laminat seçərkən bu xüsusiyyətlərdən savayı, onun sinfinə və qalınlığına diqqət yetirmək lazımdır. Laminatın sinfi onun üst səthinin nə qədər sərt və davamlı olması haqda bəhs edir. Adətən 30, 31, 32, 33 və nadir hallarda 34-cü sinfə rast gəlmək olar. Sinif nə qədər yüksək olsa, bir o qədər yaxşıdır. Qalınlıq lövhənin ümumi qalınlığı deməkdir, bu da 7, 8, 10 və 12 mm qalınlıq deməkdir.
Taxta döşəmə
Hamımızın tanıdığımız və bildiyimiz taxta pol müxtəlif şam ağaclarının növlərindən hazırlanır. Həmin şam ağacları müxtəlif olduğu kimi, həmin döşəmə taxtalar da öz keyfiyyəti ilə fərqlənir.
Stereotip 1. Taxta döşəmə aşağı keyfiyyətli yer örtüyüdür. Əslində bu, belə deyil, çünki hazırlanmasında təbii ağac massivi istifadə olunub, bu da həmin materialı çox keyfiyyətli edir, yetər ki ağacın özü keyfiyyətli olsun.
Stereotip 2. Taxta pol tədricən "səs" etməyə və aralanmağa başlayır. Taxta döşəmə özü "səs" edə bilməz, altındakı laqalar "səs" edir, bu da taxta döşəmənin deyil, məhz montajın problemidir. Döşəmənin aralanması da onun keyfiyyətsiz montaj olunması haqda bəhs edir.
Taxta döşəmə universal yer örtüyü növü deyil, bu səbəbdən onu bütün təmir üslublarına tətbiq etmək olmur. Loft, Minimalizm və müəyyən hallarda Şale üslublarında işlətmək olar.

Tarix: 9 Jan 2022 | Baxılıb: 1232

Oxşar xəbərlər

Parketin növləri arasındakı fərqlər

Parketin növləri arasındakı fərqlər

Klassikanı sevənlər və konservatorlar üçün ən maraqlı mövzu yer örtüyüdür və bu sözsüz ki, onlar üçün parket deməkdir. Amma parket döşəmək haqda düşünürsünüzsə, bilməli olduğunuz məqamlar var. Hazırda bazarda 3 parket növ

Xarici dil öyrənməyin qazandırdığı üstünlüklər

Xarici dil öyrənməyin qazandırdığı üstünlüklər

Xarici dil öyrənmək üçün qərar vermədən öncə mütləq edilməsi gərəkən bir iş var. Motivasiya mənbəyinizi tapmaq. Yəni siz dili öyrənmə səbəbinizi müəyyən etməli, bu dilin sizə verə bilcəyi töhfə və faydalarını daim xatırlamalısınız

Rəqəmsal çap reklam işlərinin üstünlükləri nədir?

Rəqəmsal çap reklam işlərinin üstünlükləri nədir?

Ənənəvi çap xidmətlərindən fərqi olaraq, rəqəmsal çap reklam işləri daha sürətli və daha keyfiyyətlidir. Burada yüksək keyfiyyətli lazer printerlərdən istifadə edilir. Rəqəmsal çap reklam işləri ilə litoqrafiya, fleksoqrafiya

Plastik pəncərənin xüsusiyyətləri

Plastik pəncərənin xüsusiyyətləri

Yeni pəncərələr üçün profil sistemi növünün seçilməsi yalnız sizin estetik tələblərinizə cavab verməklə yanaşı, həm də məhsulların texniki xüsusiyyətlərinə əsaslanmalıdır. Plastik və alüminium arasında bir çox fərqlər vardı

Hər fəsildə zövq verən cambalkonlar

Hər fəsildə zövq verən cambalkonlar

Cambalkon dedikdə, ərçivəsiz şüşələnmə nəzərdə tutulur. Balkonları bağlamaq üçün çərçivəsiz şüşələnmə sistemləri əvəzsiz seçimdir. Cambalkon sistemlərində istifadə edilən bütün şüşələr zərbəyə davamlı (temperli) şüşə olub

Cambalkon modelleri və qiymətləri

Cambalkon modelleri və qiymətləri

Evlərin istirahət üçün ən rahat yeri sözsüz ki, balkonlardır. Hava almaq, dincəlmək, maraqlı söhbətlər etmək və şkaflar yığmaqla baza kimi istifadə olunan balkonlar bir necə üsulla istifadəyə uyğun, əlverişli hala gətiril

"Ağıllı ev" gərəksiz enerji itkisinin qarşısını alır

"Ağıllı ev" gərəksiz enerji itkisinin qarşısını alır

Ağıllı ev sistemləri evinizdə və ya iş yerinizdə təhlükəsizliyi təmin etmənin, rahatlığı yaşamanın və enerji səmərəsindən faydalanmağın ən ağıllı və praktik yoludur. Ağılınıza gələ biləcək bütün cihazlar tək bir platform

Qara və əlvan metal qəbulu qiymətləri

Qara və əlvan metal qəbulu qiymətləri

Metal qəbulu ilə maraqlananlar saytına daxil olsunlar. Bütün növ əlvan və qara dəmir qəbulu, metal qəbulu, metallolom alışı üçün bizə müraciət etməyiniz məsləhətdir. Çünki bu mövzu ilə bağlı ən son elanlar məhz bizim saytdadır

Yükdaşıma xidməti seçərkən nələrə fikir verməlisiniz?

Yükdaşıma xidməti seçərkən nələrə fikir verməlisiniz?

Düzgün yükdaşıma xidmətinin seçilməsi malları bir yerdən digərinə göndərmək ehtiyacı olan hər bir müəssisə və ya fərdi şəxs üçün vacib qərardır. Çünki daşınacaq əşyaların təhlükəsiz, etibarlı və təhlükəsiz daşınması yükdaşım


tezbazar.az kurslar paltaryuyan ustasi soyuducu ustasi arenda masinlar jakuzi təmiri masaj birja sumqayitda mebel ustasi evakuator xidmeti mebeller masaj