Laminat, yoxsa taxta döşəmə?

Laminat, yoxsa taxta döşəmə?Laminat deyərkən ilk öncə ofislərdəki, üstündə gəzəndə qəribə "səs" edən yer örtüyü ağlımıza gəlir. Amma bu, əslində köhnə stereotipdir. Sözsüz ki, laminatın "səs" etməsi onun düzgün quraşdırılmaması və keyfiyyətsizliyi haqda bəhs edir. İkinci stereotip laminatın ekoloji cəhətdən təhlükəli olmasıdır ki, bu da bir cəfəngiyatdır. Çünki laminatla bərabər istənilən digər materiallarında keyfiyyətli və keyfiyyətsiz variantlar var. Bəs laminat haqda düşünərkən əsas nəyi bilməliyik?
İlk öncə prioritetləri düzgün qurmalıyıq. Əgər biz tez bir zamanda montaj və demontaj (misal üçün su sızması halında) olunan, cızılmağa və tədricən solmağa davamlı (xüsusən uşaqlı ailələrə), çoxlu rəng və model seçiminə üstünlük veririksə, o zaman laminat ən ideal variantdır.
Laminat seçərkən bu xüsusiyyətlərdən savayı, onun sinfinə və qalınlığına diqqət yetirmək lazımdır. Laminatın sinfi onun üst səthinin nə qədər sərt və davamlı olması haqda bəhs edir. Adətən 30, 31, 32, 33 və nadir hallarda 34-cü sinfə rast gəlmək olar. Sinif nə qədər yüksək olsa, bir o qədər yaxşıdır. Qalınlıq lövhənin ümumi qalınlığı deməkdir, bu da 7, 8, 10 və 12 mm qalınlıq deməkdir.
Taxta döşəmə
Hamımızın tanıdığımız və bildiyimiz taxta pol müxtəlif şam ağaclarının növlərindən hazırlanır. Həmin şam ağacları müxtəlif olduğu kimi, həmin döşəmə taxtalar da öz keyfiyyəti ilə fərqlənir.
Stereotip 1. Taxta döşəmə aşağı keyfiyyətli yer örtüyüdür. Əslində bu, belə deyil, çünki hazırlanmasında təbii ağac massivi istifadə olunub, bu da həmin materialı çox keyfiyyətli edir, yetər ki ağacın özü keyfiyyətli olsun.
Stereotip 2. Taxta pol tədricən "səs" etməyə və aralanmağa başlayır. Taxta döşəmə özü "səs" edə bilməz, altındakı laqalar "səs" edir, bu da taxta döşəmənin deyil, məhz montajın problemidir. Döşəmənin aralanması da onun keyfiyyətsiz montaj olunması haqda bəhs edir.
Taxta döşəmə universal yer örtüyü növü deyil, bu səbəbdən onu bütün təmir üslublarına tətbiq etmək olmur. Loft, Minimalizm və müəyyən hallarda Şale üslublarında işlətmək olar.

Tarix: 9 Jan 2022 | Baxılıb: 1241

Oxşar xəbərlər

Rəqəmsal çap reklam işlərinin üstünlükləri nədir?

Rəqəmsal çap reklam işlərinin üstünlükləri nədir?

Ənənəvi çap xidmətlərindən fərqi olaraq, rəqəmsal çap reklam işləri daha sürətli və daha keyfiyyətlidir. Burada yüksək keyfiyyətli lazer printerlərdən istifadə edilir. Rəqəmsal çap reklam işləri ilə litoqrafiya, fleksoqrafiya

Fizioterapiya hansı xəstəliklərdə tətbiq olunur?

Fizioterapiya hansı xəstəliklərdə tətbiq olunur?

Fizioterapiya fiziki üsullarla müalicə deməkdir. Fiziki üsullar dedikdə, günəş şüasının spektrlərindən, elektrodalğalardan, maqnit dalğalarından, ultrasəs dalğalarından müxtəlif aparatlarla istifadəsilə müalicə nəzərdə tutulur

Evin təmirini nədən başlamaq lazımdır?

Evin təmirini nədən başlamaq lazımdır?

Evin təmirini ilk öncə onun dizaynından başlamaq lazımdır. Təyin etdiyiniz dizaynın nəzərdə tutduğunuz büdcəni aşmaması üçün kiçik nüansları dəqiq araşdırmalısınız. Əgər mənzil dizaynı haqqında geniş bilgilərə malik deyilsinizsə

Pilatesə başlamağınız üçün 10 səbəb

Pilatesə başlamağınız üçün 10 səbəb

Pilates sadəcə formada qalmaq üçün edilən məşq deyil. Eyni zamanda əzələ sisteminin reabilitasiyası olaraq da qəbul edilir. Hamilələrdən tutmuş fiziki cəhətdən problemləri olan insanlara qədər geniş miqyasda edilə bilən məşqlərdir

Saç tökülməsinin səbəbləri və çarəsi

Saç tökülməsinin səbəbləri və çarəsi

Saç tökülməsi başlayıbsa, əvvəlcə bunun səbəblərini araşdırın. Saçlarınız niyə tökülür?. Saç tökülməsinin mümkün səbəbləri:. Stress (əsəbilik). Vitaminsizlik. Hamiləlik və südvermə dövrü. Hormonal pozulma. Əgər sizdə əsə

Smart TV nədir?

Smart TV nədir?

Smart TV texnologiyası bu yaxınlarda ənənəvi televiziya anlayışına əhəmiyyətli dərəcədə ölçü əlavə etdi. Televizorun gözləntilərini artıran bu unikal texnologiya ilə televizorunuzda İnternet bağlantısı yaratmaq mümkündür

Yük daşıma xidməti və qiyməti

Yük daşıma xidməti və qiyməti

Müasir qloballaşan iqtisadiyyatda yükdaşıma xidmətləri istər böyük məsafələrə, istərsə də qısa məsafələrə yüklərin daşınmasında mühüm rol oynayır. Həm müştərilərə məhsulların göndərilməsi, həm də tədarükçülərdən təchiza

Lazer epilyasiyası haqda bilmədikləriniz

Lazer epilyasiyası haqda bilmədikləriniz

Lazer epilyasiyası aparat əməliyyatları arasında son zamanlar geniş yayılıb. Şəhərin bütün gözəllik salonlarında lazer epilyası əməliyyatlarının reklamları ilə qarşılaşmaq mümkündür. Bununla yanaşı, gözəllik salonlarını

Vanna otağının təmiri hansı ardıcıllıqla edilməlidir?

Vanna otağının təmiri hansı ardıcıllıqla edilməlidir?

Vanna otağının təmir işləri tikinti materiallarının keyfiyyəti və işin icra keyfiyyəti nəzərə alınmaqla bütün tələblərə uyğun olaraq həyata keçirilməlidir. Keyfiyyətsiz tikinti materialların istifadəsi möhkəmliyinin zəifləməsi


tezbazar.az kurslar arenda masinlar paltaryuyan ustasi yuk dasima xidmeti metlax ustasi dam ustasi ремонт холодильников beko servis mebeller masaj